Logo

ADNSU-nun tərəfdaşı olduğu beynəlxalq layihədə Bakı pilot şəhərlərdən biri seçilib

13.10.2021 13:12
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutu tərəfindən hazırlanan “CAMPAİGNers” beynəlxalq layihəsində tərəfdaş universitet kimi iştirk edir.  

Layihə çərçivəsində aparılan elmi-tədqiqat işlərində Bakı şəhəri “Fənər şəhərlərdən” (Lighthouse Cities) biri kimi seçilib. Tədqiqatın mühüm hissələrindən biri olan sorğunun keçirilməsinə Bakı sakinləri, bələdiyyə və icra nüməyəndələri, elmi tədqiqatçılar, dövlət qurumlarının qərarverici və səlahiyyətli şəxsləri cəlb edilib. Tədqiqatlar zamanı Bakı ilə birlikdə - Milan, İzmir, Lahti, Linz, Skopelos, DAFNI, Trois Rivieres, Freistadt, Vilnüs, Pesaro, Grenoble, Dublin, Malmö, Cape Town və Libertad – şəhərlərində də ölçmələrin aparılması nəzərdə tutulur. Layihənin ADNSU üzrə nümayəndəsi İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İ.Rüstəmov sorğunun keçirilməsinin əsas məqsədinin iqlim dəyişikliyinin insanlarda yaratdığı problemlərin həllinə dəstək vermək olduğunu qeyd edib.

Qeyd edək ki, 2021-ci ilin may ayından icra olunmağa başlayan layihənin 28 tərəfdaşı var, onlardan 14–ü  xarici ölkələrdən olan  (Azərbaycan Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) olan universitetlər, elmi müəssisələr və digər təşkilatlardır. Layihə çərçivəsində Əldə ediləcək nəticələrin cəmiyyətdə yayılması və istifadəsi üçün “CAMPAIGNers” adlı mobil tətbiq hazırlanacaq.

Xəbər lenti