Logo

Diaqnostik qiymətləndirmədə 13 100 şagird iştirak edib

13.10.2021 16:08
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən II-IX siniflər üzrə keçirilən ikigünlük diaqnostik qiymətləndirmə başa çatıb.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görəPaytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 13 100 şagird iştirak edib.

Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Riyaziyyat, xarici dil və tədris dili üzrə ibtidai siniflər 40, V siniflər 60, VI siniflər 80, VII siniflər 90, VIII-IX siniflər isə 120 dəqiqə vaxt ərzində sualları cavablandırıblar.

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Xəbər lenti