Logo

Daha bir özəl məktəbin şagirdlərində koronavirus aşkarlandı

13.10.2021 20:02 416 baxış
IMG

Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb.

Bildirilib ki, Bakı Modern Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub.

Təhsil Kompleksi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb:

“Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən “Baku-Oxford School” özəl məktəbdə də şagirdlər arasında koronavirus yayılmışdı.

Xəbər lenti