Logo

Qazi Universitetinin professoru AzTU tələbələrinə mühazirə deyib

13.10.2021 20:29 310 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Qazi Universiteti arasında Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir.

Tehsil.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində Qazi Universitetinin professoru, elektrik və elektronika sahəsi üzrə görkəmli alim Cengiz Taplamacıoğlu AzTU-nun qonağı olub. Universitetdə olduğu 4 gün müddətində Türkiyəli professor AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbə və  müəllimləri ilə görüşüb.

Cengiz Taplamacıoğlu Türkiyə Cümhuriyyətində təhsilin təşkili, Qazi Universitetinin mühəndis hazırlığının prioritet  istiqamətləri, iki ölkə arasında enerji mübadiləsi məsələləri, yaşıl enerji texnologiyalarının enerji sisteminə inteqrasiyası problemləri, gərginliyin idarəolunmasında müasir üsullar və digər istiqamətlər üzrə mühazirə deyib.

Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti