Logo

BDU-nun Fizika fakültəsinin dekanı vəfat edib

25.11.2020 16:47 573 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Əhməd oğlu Ramazanov vəfat edib.

 

62 yaşında dünyasını dəyişən M.Ramazanov 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.

 

2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib. Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. 2012-ci ildən Fizika fakültəsinin dekanı idi.
Allah rəhmət eləsin!

Xəbər lenti