Logo

"Ənənəvi təhsilə nə qədər tez qayıtsaq, o qədər yaxşıdır" - Elçin Əfəndi

25.11.2020 17:36 5122 baxış
IMG

"COVİD-19"-un təhsilə vurduğu zərər ölçüyə gəlməz miqyasda böyükdür".

 

Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

 

Onun sözlərinə görə, pandemiya həddindən artıq çox zərər verir.

 

"Təəssüflər olsun ki, bu zərər verməkdə də davam edir. Mənim fikrimcə 2021-ci il, yəni, növbəti il bəlkə sentyabr ayından ənənəvi qaydada dərslərə tamamilə qayıtmaq mümkün ola bilər. Hal-hazırdakı yoluxma və ölüm saylarının şahidiyik ki, həddindən artıq yüksəkdir".

 

Ekspert bildirir ki, bunun qarşılığında dərslərin açılması mümkün deyil. Fikrimcə, biz ənənəvi təhsilə nə qədər gec deyil, qayıtsaq, bir o qədər yaxşıdır. Çünki, bu, kütləvi şəkildə savadsızlığa gətirib çıxaracaq. Hansı ki, hal-hazırda ibtidai siniflərdə təhsil alan şagirdlərə çox pis təsir göstərir.

 

Elçin Əfəndi mövcud vəziyyətin ali təhsil müəssisələrində müvafiq tapşırıqlarla həmin tələbələr üçün də olduqca çətin vəziyyət yaratdığını bildirib.

 

"Bu da təbii ki, savadsızlıqla nəticələnəcək. Və bu çox təəssüfləndirici məqamdır. Nə qədər ki, gec deyil biz ənənəvi təhsilə mütləq qayıtmalıyıq. Bunun üçün lazım olan başqa sahələri bağlıyıb sırf təhsili açmalıyıq".

Xəbər lenti