Məlum olduğu kimi, son vaxtlar Daxili İşlər Nazirliyi anti-narkotik təbliğatının gücləndirilməsi istiqamətində ciddi və sistemli addımlar atmaqdadır. Bu məqsədlə bloggerlər arasında müsabiqənin elan edilməsi, media və sosia mediada maarifləndirici informasiyaların geniş yer alması və s. kimi addımları göstərmək olar. Bu baxımdan Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial media vasitəsi ilə apardığı təbliğati iş xüsusilə qeyd edilməlidir.
Tehsil.biz Moderator.az-a istinadən xəbər verir ki, 4-cü sinif şagirdi, 10 yaşlı bədii qiraətçi Zəhra İmranlı polisin narkotiklə mübarizəsinə dəstək məqsədi ilə maraqlı poeziya nümunəsi ortaya qoyub. Zəhra İmranlı “Narkotikə yox deyək” adlı şeirində polisin narkotiklərlə mübarizəsindəki roluna diqqət çəkib, habelə vətəndaşları bu mübarizədə daxili işlər orqanı əməkdaşlarına kömək etməyə səsləyib.
Müəllifi olduğu şeirdə narkotikin sadəcə vücudi deyil, həm də ruhu məhv etdiyini, insanı normal düşünmək və qərar vermək qabiliyyətindən məhrum etdiyinə diqqət çəkən bədii qiraətçi, narkotiksiz dünyada yaşamaq arzusunu ifadə edib, hər kəsi bu nəcib arzunun reallaşmasında birgə mübarizə aparmağa səsləyib.
Xatırladaq ki, Zəhra İmranlı ötən il polisin pandemiya ilə apardığı mübarizəyə “Azərbaycan polisi” şeiri ilə dəstək vermiş, polis əməkdaşlarına bu mübarizədəki fədakarlıqlarına görə minnətdarlığını ifadə etmişdi. (//moderator.az/read/330097/ )
Zəhra İmranlının “Narkotikə yox deyək!” sərlövhəli şeirini oxucuların diqqətinə çatdırırıq.
https://youtu.be/10rAuUlnCw8