Logo

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

14.10.2021 15:06 364 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. ZOOM proqramı üzərindən təşkil olunan onlayn görüşdə ali təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin nümayəndə heyətini salamlayaraq, təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə qəbul həyata keçirən İnstitutda təhsil tam ödənişsizdir. Təhsilalanlar burada dövlətin tam qayğısı ilə əhatə olunub, təqaüddən əlavə yeməkpulu, ödənişsiz dərslik və geyimlə təmin olunurlar.

Dosent A.Şirinov Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlərin qədim tarixə malik olduğunu, hazırda iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Aİİ rektoru, həmçinin 44 günlük Vətən müharibəsində qələbəmizə diqqət çəkərək, ermənilərin torpaqlarımızda maddi-mədəni irsimizə qarşı törətdikləri vəhşilikləri nəzərə çatdırıb. Bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlarımızda quruculuq işləri sürətlə davam etdirilir. Bir sıra məscidlər bərpa olunur, yenilərinin təməli qoyulur, eyni zamanda, infrastrukur layihələri həyata keçirilir.

“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd əş-Şahhat əl-Cindi, öz növbəsində, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib. Əl-Cindi təmsil etdiyi müəssisə haqqında geniş məlumat verib, İnstitutda mövcud ixtisaslar, tədris və tədqiqat mərkəzləri barədə bəhs edib. Qeyd edib ki, müəssisə Qazaxıstanın Almatı şəhərində yerləşən yeganə ali dini təhsil qurumudur.

Daha sonra ali təhsil müəssisəsinin rəhbərləri ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıblar.

Xəbər lenti