Müstəqilliyimizin təməli 28 May 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən qoyuldu. AXC qısa müddət ərzində Beynəlxalq arenada tanındı və rəğbətlə qarşılandı.
23 ay mövcud olmuş AXC 28 aprel 1920- ci ildə süqut etdi. Azərbaycan 70 ildən çox SSR-nin tərkibində yaşadı. Sovet rejiminin ağırlığı, qonşu Ermənistan Respublikasının ərazi bütövlüyümüzə müdaxiləsi xalqımızın böyük etirazına səbəb oldu.
1991- ci il avqustun 30-da xalqın tələbi ilə “Bəyannamə” qəbul olundu. Bəyannamə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa olduğunu elan etdi. 18 oktyabr 1991-ci il Azərbaycanın müstəqilliyi elan edildi və 29 dekabrda səsvermə yolu ilə Azərbaycan SSRİ-nin tərkibindən çıxdı.
Müstəqilliyimizin ilk illərində (1991-1993) ölkədə ictimai siyasi vəziyyət çox ağır idi. 1993-cü ilin iyun ayına qədər ölkədə tənəzülə uğrayan iqtisadiyyat infilyasiya, işsizlik, başıpozuqluq siyasi iflas ulu öndər Heydər Əliyevdən əvvəl hakimiyyətdə olanların bacarıqsız, uğursuz daxili və xarici siyasətinin nəticəsində dövlətimiz iflic vəziyyətində olmuşdur.
15 iyun 1993-cu ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətinə qayıdışı xalqımızın qurtuluşu oldu. Ulu öndər siyasi hakimiyyətə gələn kimi demək olar ki, bütün sahələrdə yeni quruculuq işlərinə başladı. İlk növbədə müstəqilliyimizə daxildən və xaricdən gələn zərbələrin qarşısını aldı, daxili çəkişmələrə kökündən son qoydu. Orduda olan xaotizmi aradan qaldırdı.
Beynəlxalq müqavilələr bağlandı. Ölkə tənəzül vəziyyətində Ulu öndərin böyük səyi nəticəsində çıxdı. Artıq dünya dövlətləri ulu öndərin uğurlu xarici siyasəti nəticəsində müstəqilliyimizin sarsılmaz olduğunu gördülər. Ermənistan Respublikasının torpaqlarımızın 20 faizdən çoxunu işğal etməsi, bir milyondan çox soydaşlarımızın öz torpaqlarından didərgin düşməsi xalqımızın, eyni zamanda dövlət başçımızın daim diqqət mərkəzində olmuşdur.
Heydər Əliyevdən sonra onun siyasi sələfi olan ölkə prezidenti İlhan Əliyev cənabları torpaqlarımızın düşmən torpaq tapdağından azad olunması uğrunda əzimkar mübarizəsi nəticəsində 27 sentyabr 2020-ci ildə ikinci Qarabağ müharibəsinin başlanmasından 44 gün sonra torpaqlarımız işğaldan azad olundu.
Təməli Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz İlham Əliyev misilsiz səyi nəticəsində qüdrətli bir orduya çevirdi. Ali Baş komandanın əzmkarlığı , böyük hərbi təlim keçmiş ordumuzun şücaəti nəticəsində düşmən üzərində təmiz qələbə qazanıldı. 30 ildən sonra xalqımız öz torpaqlarına qovuşdu. 8 noyabr 2020-ci il “Zəfər günü” kimi tarixə düşdü. İlham Əliyev Qarabağ uğrunda gedən “44 günlük” müharibədə dünya arenasında elitizm nümayiş etdirdi. Artıq xarici dövlətlər heç bir müdaxilə edə bilmədi.
Bu gün beynəlxalq dövlətlər Azərbaycanla hesablaşmalı olur. Ali Baş komandan İlham Əliyevin beynəlxalq siyasətdə qazandığı uğur və hörməti düşmənin əzmini qırır. Bu gün müstəqilliyimizin 30 ili tamam olur. Bu münasibətlə başda Ali baş komandan olmaqla bütün xalqımızı təbrik edir, və Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik , qazilərimizə can sağlığı arzulayırıq!
Zəridə Talıbzadə
İmişli şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi