Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi ilə Macarıstanın Azərbaycandakı Səfirliyinin, eləcə də Macarıstanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb, Azərbaycan Texnologiya Universitetinin Macarıstan universitetləri ilə müəllim-tələbə mübadiləsi, ikili diplom proqramları sahəsində əməkdaşlıqda maraqlı olduğu bildirilib.
Səfirlik nümayəndələri Macarıstan və Azərbaycan arasında yüksək səviyyədə diplomatik və siyasi əlaqələrin mövud olduğunu, bu əlaqələrin təhsil sahəsini də əhatə etdiyini qeyd edib, universitetlər arası əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Macarıstan nümayəndə heyəti ilə nteraktiv və məhsuldar keçən görüşdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.