Logo

Cəmilə Əliyeva: "ADU ailəsi builki sərgini çox aktiv və nizamlı ziyarət etdilər"

14.10.2021 17:21 430 baxış
IMG

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2021-ci il , 6-10 oktyabr tarixində böyük Azərbaycan şairi  Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

Bildiyimiz kimi, bu il ölkə başçısı tərəfindən ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin günümüzə gəlib çatması məhz yazı və kitabın sayəsində mümkün olub. Kitab sərgisinin keçirilməsi sərgidə iştirak edən qonaqlara ölkəmizin mədəniyyət tarixini nümayiş etdirmək üçün gözəl zəmin yaradıldı.

Təsadüfi deyil ki, 14 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən, öncül festivallardan hesab olunur. Sərgidə 5 gün boyunca 12 ölkədən 43 xarici təşkilat, 120-dən çox yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib.

Bu sərgidə Azərbaycan Dillər Universiteti də öz akademik nəşrlərini nümayiş etdirib.

Sərgi əsasən kitab və mütaliənin təbliğınə xidmət edir. Rəqəmsallaşma nə qədər inkşaf etsə də kitab oxumaq həmişə aktualdır. Müxtəlif ölkələri təmsil edən bir çox insanlarla tanış olmaq imkanı  əldə etdik yeni nə isə öyrənib və bir biri ilə təcrübə mübadiləsi aparılıb.

Sərgidə çap məhsullarını nümayiş etdirən müəlliflərlə ünsiyyət quruldu, kantaktlarla bölüşdük. Görüş zamanı yeddi müəllif yeni kitablarını Elmi kitabxana və İnformasiya Xidməti Mərkəzinə imızalı hədiyyə etdilər və bu müəlliflərlə tələbələrimizin görüşünü  münasib vaxtda  mərhələli şəkildə keçiriləcək.

ADU ailəsi bu ilki sərgini çox aktiv və nizamlı  ziyarət etdilər. Dekanlar, kafedra müdirləri, müəllimlər, tələbələr, məzunlar hamısı maraqlı suallarla stendimizdə yaxınlaşır və şəkil çəkdirirdilər.  

Macarıstan səfirliyinin ikinci katibi Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber bizim stendi ziyarət etdi və ADU ilə çox yaxın əməkdaşlıq etdiyini söylədi.

Keçmiş məzunlardan  Bakı orta məktəb müəllimləri öz şagirdləri ilə yaxınlaşanda universitetimiz haqqında bizimlə bərabər məlumat verirdilər.

Builki kitab sərgisinin əsas özəlliklərindən biri də qalib xalqın, Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramı oldu.Sərgidə Vətən müharibəsində möhtəşəm qələbəmizə həsr olunan, Qarabağın tarix və mədəniyyətini əks etdirən kitablar, və digər çap əsərləri nümayış olunurdu.

Sərginin sonunda fəal iştiraka görə Azərbaycan Dillər Universitetinə sertifikat təqdim olundu. 

Cəmilə Əliyeva

Elmi kitabxana və İnformasiya Xidməti Mərkəzinin rəhbəri

Xəbər lenti