Logo

Hadrut əməliyyatı xüsusi əhəmiyyət daşıyan əməliyyatdır

14.10.2021 17:22 585 baxış
IMG

Hadrutun erməni işğalından azad edilməsindən 1 il ötür. Hərbi cəhətdən mühüm strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsi Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonuna daxildir. Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 27 sentyabrda başlayan haqq savaşının 13-cü günündə yəni 9 oktyabrda Hadrut tamamilə Azərbaycan ordususunun nəzarətinə keçdi. Füsunkar təbiəti ilə seçilən Hadrut qəsəbəsi ermənilərin vazgeçilməzi idi. Hadrutun işğaldan azad edilməsi müharibənin taleyini həll edən əməliyyat idi. Hadrutun alınması Şuşanın alınması demək idi. Çox əhəmiyyətli idi. Hadrut döyüşü dünyaya müharibə sisteminin dəyişməli olduğunu sübut etdi. Bu müharibə Hadrutdan, dağlardan başlamışdı. Ermənilər inanmırdılar ki, Azərbaycan oraya girə bilər. Amma Ordumuz hərbi cəhətdən o qədər qüvvətlənmişdi ki, əvvəlcə Hadrutu, sonra da Şuşanı işğaldan azad etdi. Bütün dünyaya həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən sübut etdi ki, Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyevin Xocavənd rayon ictimaiyyət nümayəndələri ilə çıxışı zamanı vurğuladığı kimi, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk olaraq yüksəkliklər nəzarətə götürüləndən sonra faktiki olaraq Hadrut Azərbaycan ordusunun nəzarəti altına keçdi. Hadrutu nəzarətə götürmək hərbi-nöqteyi nəzərdən çox çətin idi. Amma Azərbaycan ordusu öz hədəfinə nail oldu. Cənab Prezident İlham Əliyev ictimaiyyətin diqqətinə çatdırdı ki, Hadrutun alınması hərbi-strateji plan əsasında həyata keçirilib. Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar zənn edirdilər ki, Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Bu qəsəbənin işğaldan azad edilməsi nəticəsində Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk edib, lakin bunu öz xalqından gizlətməyə çalışıb.
Prezident İlham Əliyev Ermənistanın tarixinin, keçmişinin, dövlətçiliyinin saxta olduğunu, həmişə ermənilərin yalan rəy yaradaraq əsrlər boyu burada yaşadığı haqqında yalan məlumatlar yaydığını qeyd edib. Onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. Mağaranın Azərbaycan tarixinə mənsub olduğunu, onların bizim tarixi irsimizə böyük ziyan vurduqlarını bildirib. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. İşğal edilən ərazilərdə erməni cinayətlərinə beynaxalq ictimaiyyətin göz yumduğunu bildirib. Ermənistan torpaqlarımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçündə bir həyat qurmayıblar. Ermənilər bu torpaqları özləri üçün doğma saymırdılar. Burada 30 il ərzində heçnə dəyişməyib.
Ölkə rəhbərinin tapşırığı ilə işğaldan azad ərazilərdə artıq yenidən qurma işlərinə başlanılıb. O cümlədən də, Hadrutun inkişafı ilə perspektiv planlar həyata keçirilir. Artıq Hadrut avtomobil yolunun təməli qoyulub, məscidin tikintisinə start verilib. Eyni zamanda, Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarxi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir. Hadrutun münbit şəraiti olduğu üçün burada kənd təsərrüfatı da inkişaf etdiriləcək. Zəfərdən danışarkən cənab Prezident 44 günlük müharibə zamanı həkimlərin də fədakarlığını xüsusi olaraq qeyd etdi. Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq olmaz. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Azərbaycan xalqı ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində də Azərbaycan tarixi Zəfər çaldı. Bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, bu yerlərə yenidən həyat qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Vətən müharibəsi Azərbaycan tarixində ən şərəfli səhifələr kimi əbədi qalacaq. Çünki məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə Müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Imişli Rayon Mədəniyyət Mərkəzinin təşkilatçısı: Pərvin Yaqubova

Xəbər lenti