Logo

Gömrük əməkdaşları üçün ilk tibbi yardım mövzusunda növbəti təlimlər keçirilib

14.10.2021 17:24 386 baxış
IMG

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlər üçün ilk tibbi yardımın göstərilməsi mövzusunda davamlı olaraq təlimlərin keçirilməsi planlaşdırılır.

Bu məqsədlə 13-14 oktyabr tarixlərində Sanitar-karantin xidmətinin baş müfəttişləri Əli Məmmədov və Hüseyn Qasımov xüsusi təlim və hazırlıq kursunu bitirib və mütəxəssis kimi qiymətləndiriliblər.

"Uptodate in Medicine" şirkətinin və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan həmin təlim nəzəri və praktiki mərhələlərdən ibarət olub. Sanitar-karantin xidmətinin əməkdaşları gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlərə sertifikatlaşdırılmış ilk tibbi yardım təlimini keçmək hüququnu qazanıblar.

Müxtəlif regionlardan cəlb olunan gömrük əməkdaşları ilk tibbi yardımın göstərilməsi mövzusunda zəruri bilik, vərdiş və bacarıqlara yiyələniblər.

Bu təlimlərdə əsas məqsəd hadisə yerində peşəkar həkim briqadası gələnə qədər xəstə və ya yaralılara ilk tibbi yardımın göstərilməsi, hadisə yerinin qiymətləndirilməsi, təhlükəsizliyin təminatı, CPR (ürək-ağciyər canlandırılması) kimi mövzularla yanaşı miokard infarktı, insult, aritmiyalar, ürək dayanması, zamanı ilk tibbi yardımın göstərilməsinə dair bacarıqlarının öyrənilməsidir.

Xəbər lenti