Logo

"Məktəblərin bütövlükdə qapanmasından söhbət gedə bilməz" - Nadir İsrafilov

14.10.2021 18:19 843 baxış
IMG

“Sərtləşdirilmə ilə əlaqədar hər hansı bir qərar zamana bağlıdır”.

Bu sözləri təhsil üzrə tanınmış mütəxəssis Nadir İsrafilov deyıb.

O, bildirib ki, yoluxma sayının artması ilə əlaqədar lokal qapanmalar gözlənilən idi:

"Sözügedən məsələ insan iradəsindən, arzu və istəyindən asılı olan məsələ deyil. Tədrisin hansı formada davam edib-etməyəcəyi hadisələrin gələcək gedişindən asılıdır. Hazırda vaksinasiya prosesi davam edir. Yeniyetmələrdən də bu prosesə cəlb olunanlar var. Hələ ki, məktəblərin bütövlükdə qapanmasından söhbət gedə bilməz. Yoluxma sayının artdığı məktəblərdə və siniflərdə lokal qapanmalar ola bilər və müəyyən müddətdən sonra bərpa da oluna bilər necə ki olunur da. Burada söhbət hansısa sinifin, yaxud məktəbin bir müddətlik bağlanmasından gedir. Dərhal, panikaya düşməyə, ajiotaj yaratmağa heç bir lüzum görmürəm. Hələlik vəziyyət o dərəcədə də də kritik deyil. Yoluxmanın müəyyən artımı uşaqları məktəbdən yayındırmaq üçün ciddi əsas sayıla bilməz. Vəziyyət nəzarərdədir. Əsas məsələ lazımi təhlükəsizlik tədbirlərini görməkdir. Bu günkü nəticələr məktəblərin bağlanmasına əsas vermir. Əgər yoluxma sayında kütləvilik artarsa daha sərt addımlar atmaq barədə düşünmək olar".

Xəbər lenti