Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin (DTKTM) müəllimlərin peşə səriştəliliyinin inkişafı məqsədilə başlatdığı silsilə təlimlər davam edir.
“Müəllim-tələbə münasibətlərində pedaqoji və psixoloji məqamlar-2” adlı növbəti təlim müasir müəllimin təkmilləşməsini və peşəkarlığının yüksəlməsini hədəfləyir.
16 oktyabr 2021-ci il tarixində saat 14:00-da baş tutacaq tədbirin təlimçisi BMU-nun Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilovdur.
Təlimə https://meet.google.com/zht-fyog-gto linki vasitəsilə qoşulmaq mümkündür.