Logo

Dövlət müstəqilliyinin bərpasına həsr olunan elmi seminarlar

15.10.2021 10:12 603 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda iqtisadi inkişaf mərhələləri və islahatların strateji istiqamətləri” və “Dövlət müstəqilliyinin bərpası istiqamətində investisiya və innovasiya fəaliyyətinin rolu” mövzularında növbəti elmi seminarlar keçirilib.

UNEC-dən bildirilib ki, tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı təsdiqlənən tədbirlər planı çərçivəsində İqtisadiyyat (rus dilində) kafedrasında təşkil olunub.

Kafedranın dosenti iqtisad elmləri namizədi Lalə Həmidova Azərbaycanda müstəqillik dövründə həyata keçirilən islahatların strateji istiqamətlərindən söz açıb. Məruzəçi suveren Azərbaycan dövlətinin 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıraraq, təhlillər aparıb.

Seminarın növbəti məruzəçisi dosent Nailə Əliyeva isə Azərbaycanda makroiqtisadi sabitliyin qorunması, iş mühitinin yaxşılaşdırılması, özəl sektora investisiyaların təşviqi və dövlət sektorunun dəstəklənməsi istiqamətində çıxış edib.

Sonra professor-müəllim heyəti tərəfindən məruzələr ətrafında müzakirələr aparılıb. İqtisadiyyat (rus dilində) kafedrasının müdiri dosent Sevinc Abbasova, dosentlər Natiq Qurbanov, Ləman Kaşiyeva, Sərvinaz Xanlarzadə, Aybəniz Qubadova, Eldar Quliyev, baş müəllim Tahirə Kərimova və digərləri çıxış edərək, Azərbaycanın uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlərindən bəhs ediblər.

Xəbər lenti