Logo

BDU-nun nəzdində Fizika Problemləri ETİ-də elmi seminar keçirilib

15.10.2021 16:53 319 baxış
IMG

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi Yusif Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Şredinger operatoru üçün ənənəvi olmayan bir tərs məsələyə baxılıb, tərs məsələlərin xüsusiyyətləri izah edilib. Daha sonra s-funksiyalar anlayışı daxil edilməsindən və onların verilmiş çoxluğuna nəzərən məsələnin verilmə oblastını təyin etmək üçün təklif olunan sxemdən bəhs olunub.

Sonra Yusif Qasımov mövzu ətrafında sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.

Xəbər lenti