Logo

NDU-nun müəllim və tələbələri Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzdə olublar

15.10.2021 16:55 650 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinın müəllim və tələbələrinin iştirakı ilə  Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzində “Kardiologiyanın aktual və müasir problemləri” mövzusunda dəyirmi masa təşkil edilib.

Kardioloji Mərkəzin baş həkimi Ramin Hacıyev qeyd edib ki, muxtar Respublikda səhiyyə sisteminin inkişaf etdirilməsi nəticəsində mərkəzə yeni avadanlıqlar alınaraq əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması diqqətdə saxlanılır. Kardiologiyanın müasir problemlərindən danışan baş həkim ən son tibbi cihazlarla təmin olunan mərkəzdə həyata keçirilən yeni müayinə və müalicə üsulları barədə tədbir iştirakçılarını məlumatlandırıb.  

“Ümumi təbabət və kliniki fənlər” kafedrasının dosenti Gültəkin Əliyevanın “Klimakterik yaşlı qadınlarda yaranan kardioloji problemlərin son müalicə metodları”, kafedranın baş müəllimi, Kardioloji Mərkəzin həkimi Süleyman Cəfərovun kardiologiyanın son zamanlar diaqnostik cəhətdən inkişafı və mərkəzdə yaradılan şərait haqda çıxışları dinlənilib.   

Qarşılıqlı müzakirə ilə keçən dəyirmi masada tədbir iştirakçılarının sualları cavablandırılıb. 

Xəbər lenti