Türkiyənin Yozgat şəhərində yerləşən nüfuzlu Bozok Üniversitetinə qəbul olan azərbaycanlı tələbələr artıq təhsil alacaqları şəhərə yollanıblar.
Tehsil.biz Yenisabah.az-a istinadən xəbər verir ki, universitetin rektoru Prof. Dr. Ahmet Karadağ Azərbaycandan gələn tələbələri qarşılayıb. O, tələbələr və onların valideynləri ilə tanış olub, gənclərin artıq onlara əmanət olduğunu bildirib.
Azərbaycanlı tələbələrin nümayəndəsi Fuad Həsənov problemi olan tələbələrdən biri haqda rektora məlumat verib. Bu zaman rektor tələbə ilə görüşərək ona şəxsən yardım edəcəyini bildirib. Səmimi şəraitdə baş tutan görüş tələbələrdə xoş təəssürat oyadıb.
Həmin görüntüləri təqdim edirik:
https://bax.tv/sosial/turkiyeli-rektor-azerbaycanli-telebelerle-gorusdu-145334