Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.