Logo

Rusiyada robotlar məktəblərdə işə götürüləcək

17.10.2021 11:44 651 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada, eləcə də Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd edilmiş QR kodlarını və ondan sağalanları yoxlamaq üçün robotları işə götürəcək.

Tehsil.biz xəbər verir ki, bu barədə “Promobot” şirkətindən “RİA Novosti”yə bildirilib.

"Rusiyanın xidməti robotların istehsalçısı olan “Promobot” şirkəti restoranlarda və ictimai yerlərdə QR kodlarını yoxlamaq üçün ilk robotu təqdim edib. Robot binanın girişində hərəkət edə və müştərilərlə ünsiyyət qura bilir", - xəbərdə deyilir.

Robotlar əsas cihaz dəsti ilə yanaşı, QR kodlarını oxumaq üçün skaner və pasport skaneri ilə də təchiz olunub. Eyni zamanda dövlət xidməti servisi ilə birləşdirilib. Bunun sayəsində QR kodunu yoxlamaq, pasportun və ya digər sənədin həqiqiliyini yoxlamaq mümkün olub.

"Bu funksiyaya sahib robotlar tezliklə Moskva, Sankt-Peterburq və Permdəki restoranlarda olacaq". Belə ki, paytaxtda bu cür işçiləri “The toy” italyan restoranı, Sankt-Peterburqdakı “Qusi” şəbəkəsi və Permdəki “Amber” restoranı əldə edəcək.

Şirkətdən verilən məlumata görə, belə robotlar restoranlardan əlavə, hava limanlarında və təhsil müəssisələrində də fəaliyyət göstərəcək.

Xəbər lenti