Logo

Fərdin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri tədqiq olunub

26.11.2020 14:33 418 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2020-ci il üzrə hesabatı müzakirə olunub.

 

İnstitutdan  bildirilib ki, hesabatı təqdim edən mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib.

 

Qeyd edib ki, mərkəzdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə tədqiqatlar aparılıb.

 

O, fərdin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri, jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.

Xəbər lenti