Logo

"Azərbaycanda cinsi tərbiyə dərslərinin keçirilməsinə baxış fərqlidir" - İlqar Orucov

19.10.2021 09:51 383 baxış
IMG

"Azərbaycanda cinsi tərbiyə dərslərinin keçirilməsi ilə bağlı bir műddətdir ki, fikirlər səslənirdi və bu məsələyə baxış fərqli idi. Burada sőhbət cinsi tərbiyə adını necə qoymaqdan getmir, ondan gedir ki, biz gələcəyə vətəndaş hazırlayırıq və biz hərtərəfli savadlı vətəndaş hazırlamalıyıq".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bu mővzularda xűsusi ilə yuxarı siniflərdə dərslərin keçirilməsi faydalı olar, çűnki cinsi tərbiyə hər bir insanın birbaşa, xűsusilə də yeni formalaşmış nəslin gələcəyi ilə bağlı bilikləri əldə etməsi baxımından faydalıdır:

"Bunu elmi dildə, elmi ədəbiyyatlar çərcivəsində, dərslik formasında tədris etmək daha vacibdir. Yəni biz bu bilikləri gənclərimizə, yeniyetmələrə verməliyik. Bu tərbiyəni doğru-dűzgűn verməsək, bizim məhz yetişməkdə olan nəsil bu tərbiyəni və bilikləri hər hansı bir fərqli yollarla almağa cəhd edəcək. İndi çox fərqli bir zamanda yaşayırıq. İnternet dővrűdűr, yeni texnologiyalar həsr edilib. Bu baxımdan da dűşűnűrəm ki, məhz insanları doğru tərbiyə etmək daha vacibdir. Biz bu bilikləri onlara verməsək, onlar bu bilikləri yanlış olaraq təsadűfi mənbələrdən, təsadűfi insanlardan almağa məcbur olacaqlar".

İlqar Orucov bildirib ki, insan yaşayırsa, bu bilikləri əldə etməli, bildiklərindən isə dűzgűn yararlanmalıdır:

"Biz əslində daha planlı şəkildə, məhz tədris proqramı daxil etməklə, bilik olaraq őtűrsək, daha faydalı olar. Hətta sovet dővrűndə belə ailə tərbiyəsi cinsi tərbiyə ilə bağlı bir fənn daxil olunmuş, o zamanın yeniyetmələri məhz bu bilikləri daha dűzgűn mənbədən-pedaqoqların, psixoloqların sűzgəcindən keçmiş, onların baxışları əsasında formalaşmış dərslik űzərindən mənimsəyirdilər. İnsan varlıq olaraq yeniyetməlik dővrűnə başlayarkən tam yeni bir dővrə qədəm qoyur, yeni bir həyat tərzinə keçməyə məcbur olur".

Fəqan Əzimli

Xəbər lenti