Logo

Mühafizəçi ixtisası üzrə qısamüddətli təlimlər təşkil olunacaq

19.10.2021 13:13 483 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mühafizəçi ixtisası üzrə qısamüddətli təlimlər təşkil olunacaq.

Agentlikdən bildirilib ki, təlimdə iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 25-dək aparılır. Təlimlərə ölkəmizin 20 yaşdan yuxarı vətəndaşları müraciət edə bilər. Müraciət edən şəxslərin minimum orta təhsilli və hərbi xidmət keçmiş olması zəruridir (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər istisna olmaqla). Təlim iştirakçılarına bir ay ərzində qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlıq, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslər keçiləcək.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat veriləcək.

Xəbər lenti