Logo

Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi

19.10.2021 13:22 309 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi hər şənbə günü (saat 12:00) “Zoom” platforması üzərindən keçirilir.

Tehsil.biz MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün bu ali təhsil müəssisəsinin saytında yerləşdirilmiş linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.

Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.

Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün suallar [email protected] ünvanına göndərilir.

Xəbər lenti