Logo

Azİİ e Kitab Evi 24/7 rejimində fəaliyyətini bərpa edir

19.10.2021 13:45 550 baxış
IMG

ADNSU tələbələrinin istəyi ilə Azİİ e Kitab Evi oktyabrın 20-dən etibarən yenidən 24/7 rejimində fəaliyyət göstərəcək. ADNSU-nun tələbələri arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən sorğuda iştirak edənlərin 94,6%-i Azİİ e Kitab Evinin 24/7 rejimində fəaliyyətinin bərpa olunmasını istədiklərini qeyd ediblər. 

Gecə növbəsinə gəlmək istəyən tələbələr ilk növbədə Azİİ e Kitab Evinin elektron qeydiyyatından keçərək, istifadəçi adı və şifrə almalıdırlar. Həmin verilmiş şifrələrlə Kitab Evinin səhifəsinə daxil olub,”Oxucuların rezervasiyası”hissəsində qeydiyyatdan keçməli, 1 gün öncədən öz yerlərini  və onlara lazım olan kitabı yaxud digər materialı sifariş etməlidirlər. Maraqlananlar və qeydiyyata düşmək istəyənlər Kitab Evinin qeydiyyat şöbəsinə yaxınlaşıb, elektron qeydiyyata düşüb, onları maraqlandıran suallara cavab ala bilərlər. 

Gecə növbəsində kitabxanadan istifadə edən bütün tələbələr kompleks yeməklə təmin olunacaqlar. 

Xəbər lenti