Logo

Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə 59 nəfər uğur qazanıb

19.10.2021 15:03 204 baxış
IMG

On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə (89 vakant vəzifə) oktyabrın 7-də başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 169 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 14:45-dək olan məlumata görə, müsahibədə 59 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Daxili müsahibə oktyabrın 22-dək davam edəcək.

Xəbər lenti