Logo

"Müstəqillik yolu" mövzusunda açıq diskussiya keçirilib

19.10.2021 15:52 628 baxış
IMG

18 oktyabr Dövlət Müstəqilliyinin bərpası günü ilə əlaqədar Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin təşkilatçılığı ilə müəllimlər və tələbələr arasında "Müstəqillik yolu" mövzusunda açıq diskussiya keçirilib.

Tehsil.biz xəbər verir ki, müzakirələrdə Azərbaycanın müstəqillik əldə etdiyi tarixi-siyasi şərait təhlil olunub, sonrakı dövrlərdə əldə olunan nailiyyətlər nəzərdən keçirilib.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə həyata keçirdiyi dövlətçilik konsepsiyasının nəticəsində bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib. Nəhayət, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan müstəqilliyinin 30 yaşını ərazilərini işğaldan azad etmiş, sərhədlərinin bütövlüyünü təmin etmiş müzəffər dövlət, qalib xalq kimi qeyd edir.

Xəbər lenti