Logo

NDU-nun tələbələri laboratoriya dərslərində təcrübi biliklərə yiyələnirlər

19.10.2021 16:46 587 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri laboratoriya dərslərində təcrübi biliklərə yiyələnirlər.

İlk olaraq “Fiziologiya” laboratoriyasında olan ali təhsil ocağının rektoru Elbrus İsayevə keçirilən dərslər haqqında məlumat verilib. Qeyd edilib ki, insan qanının laxtalanma müddətinin təyin olunması, qanın fizioloji xüsusiyyətləri tələbələrə əyani şəkildə öyrədilir. 

Sonra “Kimya” laboratoriyasında “Biokimya” dərsində zülalların rəng dəyişmə və çökdürmə reaksiyalarının praktiki şəkildə izahı aparılıb. “
Ortopedik stomatologiya” fənninin keçirildiyi “Stomatoloji texniki laboratoriyası”nda isə tələbələrə dişlərin morfologiyası və oyma texnikası əyani şəkildə izah edilib. “Normal fiziologiya” fənninin eritrositlər, qan qrupları, rezus amili, leykositlər mövzusu ətafında qan faizinin yoxlanılması, qan qrupunun təyin olunması, leykositlərin sayının yoxlanılması tələbələrə praktiki şəkildə göstərilib. Daha sonra “Mulyaj-simulyasiya” kabinəsində “Mama-ginekologiya” fənninin tədrisi zamanı çanaq gəlişlərində doğuşun idarə olunmasının mulyajlar üzərində geniş izahı verilib.

Sonda rektor dərslərin keçirilməsi bağlı tələbələrin fikirlərini öyrənib onlara gələcəkdə peşəkar ixtisaslı həkim yetişmələri üçün yaradılan hər cür şəraitdən düzgün istifadə etməyi tövsiyə edib. 

 

Xəbər lenti