Bakıda bir bağça koronavirusa görə bağlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisəsləri İdarəsindən məlumat verilib.
Məlumatda deyilir: "Bağçalardan birində 3 müəllimin koronavirusa yoluxduğu aşkarlanıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə müəssisəsinin fəaliyyəti 14 gün müddətinə dayandırılıb. Uşaqlar arasında yoluxma yoxdur".