Logo

Şəkinin mərkəzində 55 ildir təmir olunmayan qəzalı məktəb - VİDEO

19.10.2021 17:56 66 baxış
IMG

Şəkidə yerləşən 19 nömrəli tam orta məktəb baxımsız vəziyyətdədir.

Bu məktəb Şəkinin mərkəzində yerləşən əsas təhsil ocaqlarından biridir. 1966-cı ildən istifadəyə verilən məktəbdə əvvəllər 1 500-ə yaxın şagird təhsil alıb. Hazırda isə şagirdlərin sayı 180-ə düşüb.

55 il ərzində tədris ocağında bir dəfə də olsun təmir işləri aparılmayıb. Məktəbin divarlarında və tavanında çatlar əmələ gəlib, döşəmənin əksər hissələri çürüyüb. Məktəb daxilində olan elektrik naqilləri də köhnə və qəzalıdır. Bu isə hər an təhlükə deməkdir.

Məktəbin müəllimləri də elə şagirdlər kimi qayğılıdır. Bu şəraitdə bilik aşılamaq üçün demək olar ki, yalnız fədakarlıq etmək lazımdır.

Məktəb üç mərtəbədən və üç korpusdan ibarətdir. Ancaq binanın yalnız bir hissəsində dərs keçilir. Bunun da səbəbi digər korpusların təhsil üçün tam yararsız olmasıdır.

Bütün bu çətinliklərə baxmayaraq, 19 nömrəli tam orta məktəbin şagirdləri dəfələrlə müxtəlif fənn olimpiadalarının qalibləri olub, ali məktəblərə qəbul imtahanlarında isə yüksək nəticə əldə ediblər.

Məsələ ilə bağlı Şəki Şəhər Təhsil Şöbəsindən bildirilib ki, məktəbin 2022-ci ildə əsaslı təmir olunması nəzərdə tutulub.

Daha ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti