Logo

Kitabxanada qüdrətli söz ustadı Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə oxuculara məlumat verilib

20.10.2021 09:12 245 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar oxucular üçün tədbir təşkil edib.

Qeyd edək ki, tədbirdə oxuculara qüdrətli söz ustadı Nizami Gəncəvinin həyat və yaradıcılığı, ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) barədə ətraflı məlumat verilib. Bildirilib ki, Nizami sənətinin böyüklüyü əsrlərlə Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan verib. Nizami Gəncəvinin hikmət və nəsihətləri əxlaqımızın, mənəviyyatımızın göstəricisidir. 880 il əvvəl Azərbaycan şeirinə doğan bu günəşin şəfəqləri mənəviyyatımızı zənginləşdirir, təmizləyir, ruhumuzu göylərə ucaldır.

Sonda “Nizami Gəncəvi İli” ilə əlaqədar təşkil olunmuş sərgidə oxucular şairin əsərlərindən ibarət kitablarla tanış olublar.

Xəbər lenti