Logo

“Delta Qrup C.O.” MMC ilə Bakı Mühəndislik Universiteti arasında anlaşma memorandumu imzalandı

20.10.2021 09:36 432 baxış
IMG

“Dela Qrup C.O.” MMC şirkətin korporativ sosial məsuliyyəti üzrə gənclərin məşğulluğunun artırılması və istiqamətləndirilməsinə dəstək olmaq, şirkətə gənc kadrların cəlb edilməsi, xüsusi proqramlar çərçivəsində onların potensiallarını müəyyən etmək məqsədi ilə universitetlərlə strateji əməkdaşlıq strategiyasını reallaşdırmağa başlayıb. 

Bu çərçivədə, Bakı Mühəndislik Universitetinin rəhbər nümayəndələrini şirkətdə qəbul edərək, dəyirmi masa arxasında toplantı keçirilib. Şirkət ilə universitet arasında əməkdaşlığın rəsmi əsası qoyulub.

Anlaşma memorandumunda xüsusi təcrübə proqramları, araşdırma proseslərinə dəstək, qarşılıqlı inkişaf imkanları üzrə bəndlər yer almaqdadır.

Xəbər lenti