Logo

ADU-nun rektoru Təhsil-1 fakültəsinin birinci kurs tələbələri ilə görüşüb

20.10.2021 09:39 296 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla 2021-2022-ci tədris ilində universitetin Təhsil-1 fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb.

Görüşdə professor-müəllim heyəti, kafedra müdirləri və dekanlar iştirak edib.

Tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edən rektor hər bir tələbənin qarşısında məsuliyyətli və vacib vəzifələrin durduğunu söyləyib:

“Təhsil insan həyatının mühüm bir hissəsidir. Sizin həyatınızın mühüm bir hissəsi artıq başlayıb. Universitet sizin doğma eviniz olmalıdır. Burada dərs deyən müəllimləriniz sizə valideyn kimi yanaşmalı, hər bir çətinliyinizdə yanınızda olmalıdır. Siz də dərslərinizi uğurla hazırlamalı, müəllimlərin etimadını doğrultmalısınız.”

Qeyd olunub ki, ADU-da  yaradılan şərait tələbələrin dünyagörüşünün genişlənməsi, ixtisasları ilə bağlı biliklərin artırılması və bir vətəndaş olaraq formalaşması istiqamətində lazımi imkanların olduğu bir təhsil ocağıdır. Bu təhsil ocağında bir-birindən maraqlı layihələr, yaradıcı klublar, mərkəzlər fəaliyyət göstərir.

ADU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova universitetin xarici əlaqələrindən, tələbələrə yaradılan təhsil imkanlarından danışıb. Bildirilib ki, Azərbaycan Dillər Universiteti ən çox xarici universitetlərə tələbə mübadilə edən təhsil müəssisələrindən biridir.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova tələbələrə uğurlar arzu edib, onlara ixtisaslarına mükəmmək yiyələnmələri üçün bütün gücləri ilə çalışmaqlarını və qarşılarına böyük hədəflər qoymağın vacibliyini söyləyib.

Görüş tələbələri maraqlandıran suallarla davam edib.

Xəbər lenti