Logo

Cəlilabadda uşaq bağçası yanıb

20.10.2021 10:28 370 baxış
IMG

Cəlilabad rayonunda uşaq bağçasında yanğın olub.

Tehsil.biz Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmasa da, uşaq bağçasına ciddi ziyan dəyib.

Xəbər lenti