Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 27-də keçiriləcək elektron sınaq imtahanına qeydiyyat başa çatıb.
Tehsil.biz DİM-in saytına istinadla xəbər verir ki, imtahanda iştirak etmək üçün 114 nəfər (AA – 6, AC – 2, BA – 48, BB – 58) qeydiyyatdan keçib. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.
Xatırladaq ki, sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlardakı eyni test tapşırıqlarından istifadə ediləcək.