Logo

Təhsil nazirinin onlayn qəbulu keçiriləcək

20.10.2021 11:55 510 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev 29 oktyabr saat 16:00-da Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Tehsil.biz xəbər verir ki, qeyd olunan bölgələrin sakinləri 20-27 oktyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.azhttps://edu.gov.az/az/contact) ünvanlamaqla videoqəbula yazıla bilərlər.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Xəbər lenti