Logo

Gənc müəllim: Qələbəmizdə mənim də rolum olduğuna çox sevinirəm

20.10.2021 12:15 74 baxış
IMG

Oxuculara Vətən müharibəsində iştirak etmiş növbəti müəllim Elnur Xəlilovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, əsil vətənpərvərlik nümunəsi göstərən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Elnur Ələkbər oğlu Xəlilov 1997-ci il iyulun 11-də anadan olub. 

Atası hərbçi olduğu üçün Zaqatala rayonunda yaşayan Elnur Ələkbərov Zaqatala rayonu 3 nömrəli tam orta məktəbi bitirib.

2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.
2020-ci ildən 61 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.

24 yaşlı gənc müəllim Vətən Müharibəsi başladıqdan sonra könüllü cəbhəyə yollanıb.

Füzuli  və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Vətən müharibəsindəki xidmətinə görə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb.

Müəllimlik fəaliyyətimin ilk ilində tariximizə qızıl hərflərlə yazılan şanlı qələbəmizdə mənim də rolum olduğuna görə çox sevinirəm, deyən E.Xəlilov bundan sonra da hər addımda şagirdlərə örnək olmağa çalışacağını bildirir.

Xəbər lenti