Logo

BDU-nun aliminin məqaləsi yüksək reytinqli elmi jurnalda dərc edilib

20.10.2021 12:17 357 baxış
IMG

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadi riyaziyyat kafedrasının müdiri, professor Elşar Orucov və 2020/2021-ci tədris ilində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistrantı (məzun) Arzu Əlizadənin həmmüəllif olduğu “Cointegration analysis of the impact of Azerbaijan and Ukraine GDPs on the trade turnover between these countries” adlı məqalə Journal Of International Studies Vol. 14, No 3, 2021 , (CiteScore 2020 - 3,7, SJR 2020 0.494 | Q2 , h-index - 20  (2021), (Scopus®)) elmi jurnalında dərc edilib.

Məqalədə ilk dəfə olaraq fiziki qravitasiya üsülunun tətbiqi ilə iki ölkə arasındakı ticarət dövriyyəsi ilə bu ölkələrin ÜDM-ləri arasındakı asılılığın  yeni modifikasiyası qurularaq, bu göstəricilərin qeyri stasionar zaman sıralarının ikinci tərtibdən ko inteqrasiya analizi aparılmaqla  səhvlərin korreksiyası modelinin yeni tətbiq mexanizmi göstərilib. Alınmış nəticələr bu ölkələr arasında ticarət dövriyyəsinin sürətinin artırılması yollarını göstərməklə idxal-ixrac əməliyyatlarının dinamik tarazlığı məsələsinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Məqalənin məzmunu ilə jurnalın veb səhifəsində https://www.jois.eu/?722,en_cointegration-analysis-of-the-impact-of-azerbaijan-and-ukraine-gdps-on-the-trade-turnover-between-these-countries və Scopus bazasındakı https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-85116651621&origin=resultslist linkində tanış olmaq olar.

Xəbər lenti