Logo

"Mətbuat səngəri" verilişinin növbəti buraxılışı yayımlanıb

27.11.2020 09:52 455 baxış
IMG

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris Tele-radio studiyası (BDU TV) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan "Mətbuat səngəri" adlı maarifləndirici verilişə start verilib.

 

Veriliş torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən haqq mübarizəmiz, bu mübarizədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mövzuları əhatə edir.

 

Verilişin qonağı olan Hüquq fakültəsinin dekanı Əmir Əliyev Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq hüquq müstəvisində həlli, Ermənistan tərəfinin ölkəmizə qarşı törətdiyi cinayətlərin beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul olunan sənədləri, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi qətnamələrdə işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozması faktı kimi məsələlərə aydınlıq gətirib. Ə.Əliyev Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və Qarabağda üçrəngli bayrağımızın dalğalanmasının hər birimizə qürur hissi yaşatdığına diqqəti çəkib.

Xəbər lenti