Logo

Tələbələr insan alveri və məcburi əmək problemi mövzusunda maarifləndirilib

20.10.2021 12:52 555 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları Azərbaycan Universitetinin sosial iş ixtisası üzrə təhsil alan tələbələrinə mühazirə oxuyublar. “İnsan alveri qurbanları ilə sosial iş” fənninin qonaq mühazirəçiləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova, mərkəzin sosioloqu Günel Əfəndiyeva və psixoloqu Ülvi Zeynalov olub.

Yardım Mərkəzinin əməkdaşları mərkəzin fəaliyyəti haqqında məlumat verib, “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar” mövzusunun aktuallığını, insan alveri və məcburi əmək anlayışlarını izah ediblər. Nəzəri məlumatların ardından tələbələr  mövzuya dair qrup işləri yerinə yetiriblər və hər bir qrupun təqdimatı keçirilib və müzakirə olunub.

Sonda qonaqlar tələbələrin suallarını cavablandırıb və insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici materiallar paylanılıb. Sonda Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva çıxış edərək, belə tədbirlərin tələbələr üçün əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, görüş Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli  2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər  Planına  uyğun olaraq keçirilib.

Xəbər lenti