Logo

DİM Maliyyə şöbəsi Baş mühasib vəzifəsi üzrə vakansiya elan edib

20.10.2021 12:53 558 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) Maliyyə şöbəsi baş mühasib vəzifəsi üzrə vakansiya elan edib.

Tehsil.biz xəbər verir ki, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:

- Mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsi, hesablama texnikasının geniş tətbiq olunması, mühasibat uçotunun forma və metodlarının tətbiq edilməsi;

- Əmlakın, habelə digər aktivlərin və öhdəliklərin uçotunun vaxtında və düzgün aparılmasının, hesabatın düzgün və vaxtında tərtib edilməsinin, maliyyə nəticələrinin uçotunun vaxtında lazımi instansiyalara təqdim edilməsinin təmin edilməsi;

- Hər ay və hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının yığılmasına nəzarət;

- Maliyyə (IFRS), Statistika, DSMF, vergi, və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi;

- Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması;

- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;

- Tabeliyində olan iki əməkdaşın işinə rəhbərlik edilməsi;

- İmtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsi;

- Mühasibat dövrünün bağlanılması, Vergi və Maliyyə uçot növləri üzrə tam dövriyyə-saldo cədvəllərinin aparılması;

- Vergi planlanması və optimizasiyası;

- Avtomatlaşmış uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;

- Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi, və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsi.

Tələblər:

- Ali təhsil;

- Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;

- MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və maliyyə hesabatlarını yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından hesabatları formalaşdırmaqla istifadə təcrübəsi;

- Beynəlxalq standartlara görə maliyyə hesabatlarını yığmaq bacarığı və bu sahədə tanınan peşəkar sertifikasiya;

- Vergi qanunvericiliyi biliyi və mənfəət vergisi bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.

Xarici dil biliklərinə dair tələblər: İngilis, Rus.

İş şəraiti:

- Tabeçiliyi – Maliyyə direktoruna

- Full-time, yeni inzibati binada

- Əmək haqqı, aylıq gross 2500-3700 (xalis 2000-3000) manat aralığında

- Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla

- Həyat yığım sığortasından istifadə imkanı

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını noyabrın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Xəbər lenti