Logo

Ağdamda məktəbdə kütləvi koronavirusa yoluxma qeydə alınsa da, məktəb bağlanmır

20.10.2021 12:55 808 baxış
IMG

Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları artıb.

Oxu.Az-a daxil olan məlumatda iddia olunur ki, məktəbin müəllim və şagird heyəti arasında kütləvi yoluxmalar qeydə alınsa da, tədrisin distant formasına keçidlə bağlı heç bir qərar verilməyib.

Habelə iddia olunub ki, məsələ ilə bağlı məktəb rəhbərliyi Ağdam Rayon Təhsil Şöbəsinə məlumat versə də, bununla bağlı müvafiq qərar qəbul olunmayıb.

Xəbər lenti