Logo

"Səmərəli öyrədici mühitin qurulması" və "Müasir məzmun və formalı dərsdənkənar işin təşkili" adlı təlimlər davam etdirilir

20.10.2021 13:36 358 baxış
IMG

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəlllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimlər davam etdirilir. 

11-18 oktyabr tarixlərində mərkəzin əməkdaşları Aynur Həşimova, Aygün İsgəndərova və Nigar Əhmədzadənin təqdimatında Cəlilabad, Şamaxı, Qax və Zaqatala rayonları üzrə təlimlər keçirilib. Təlimlərə ümumilikdə 90 nəfərdən artıq metodik kabinet əməkdaşı və müəllim qoşulub. 

Qeyd edək ki, təlimlər növbəti aylarda da davam etdiriləcək. Təlimlərin 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti