Logo

UNEC-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan seminar

20.10.2021 13:50 492 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycan dili kafedrası və Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan seminar keçirilib.

UNEC-dən bildirilib ki, seminarda kafedra müdiri professor Tofiq Əbdülhəsənli Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına diqqət çəkərək UNEC-də bu istiqamətdə tədbirlər planının təsdiqləndiyini bildirib. Universitetdə dahi mütəfəkkirə həsr olunan silsilə tədbirlərin keçirildiyini, rəsm sərgilərinin təşkil olunduğunu qeyd edib.

Sonra dosent Aybəniz Hüseynovanın “Nizami Gəncəvi əsərlərində türk naxışı”, dosent Aynur Qədiməlıyevanın “Azərbaycan şairi Nizami haqqında qeydlər”, dosent Çinarə Qəhrəmanovanın “Nizami yaradıcılığının qaynaqları - folklor”, baş müəllim Nailə Yusifovanın “Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında həyat fəlsəfəsi” mövzularında çıxışları dinlənilib.

Xəbər lenti