Logo

BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub

20.10.2021 14:27 481 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxana və Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli söz ustadı, Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən olan Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, sərgidə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında kitablar, əsərlərinin toplandığı və eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur. 80-ə yaxın kitabın nümayiş olunduğu sərgidə həmçinin Aşıq Ələsgər nəslinin nümayəndəsi, söz üstadının nəticəsi Xətai Ələsgərli tərəfindən Elmi Kitabxanaya hədiyyə edilən kitablar da sərgilənir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq BDU-da Tədbirlər Planı hazırlanıb və bu istiqamətdə Universitetdə davamlı olaraq Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edən Aşıq Ələsgərin zəngin yaradıcılığı haqqında müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

Xəbər lenti