Logo

Təhsil eksperti tələbənin BDU-dan qovulmasına münasibət bildirib

27.11.2020 10:29 1382 baxış
IMG

"Tələbənin bayrağa qarşı etdiyi davranış qəti qəbuledilməzdir".

 

Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib:

 

Ekspert bildirib ki, istər cinayət məcəlləsində, istər təhsil nizamnaməsində bu cür davranışlar birbaşa qanunlarla tənzimlənir və bu açıq-aşkar şəkildə dövlət rəmzlərinə qarşı hörmətsizlik, hətta təhqirdir!

 

Kamran Əsədov bu hörmətsizliyi edən tələbənin dərhal cəzalandırılmasının mütləqliyini və universitetdən uzaqlaşdırılmasını da dəstəklədiyini vurğulayıb:

 

"Qeyd edim ki, hal-hazırda məktəb və universitetlərimizdə qadın, həm də yaşlı qadın müəllimlərimiz üstünlük təşkil edir və tələbənin bu davranışı həm də müəllimə qarşı yolverilməz davranış idi."

 

Təhsil eksperti  Kamran Əsədov məsələyə dərhal münasibət bildirdiyinə, tələbəyə qarşı lazımi tədbirlər gördüyünə görə Bakı Dövlət Universitetinə (BDU) təşəkkür edib.

Xəbər lenti