Logo

SABAH məzunu  "Avropa Gənclər Tədbiri"ndə Azərbaycanı təmsil edib

20.10.2021 15:16 150 baxış
IMG

SABAH qrupları Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 2019-cu il məzunu Bəşirli Orxan Hafiz oğlu 8-9 oktyabr tarixlərində Fransanın Strazburq şəhərində “Avropa Gənclər Tədbiri”ndə (European Youth Event 2021) Azərbaycanı təmsil edib.

 
Məlumat üçün bildirək ki, tədbir Avropa Parlamentinin (European Parliament) Strazburqda yerləşən inzibati binasında baş tutub. “Gələcək bizimdir” şüarı ilə keçirilən tədbir Avropa Parlamentinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub. İki günlük baş tutan tədbirin iştirakçısı kimi Orxan Bəşirli Parlament üzvləri ilə müxtəlif siyasi mövzularda, təşkil edilmiş debatlarda, şəxsi inkişaf və beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı təlimlərdə iştirak edib, öz fikir və ideylarını bölüşüb. Bundan əlavə, Azərbaycanlı gənc olaraq bu layihənin bir tərkib hissəsi olan və “Avropanın gələcəyi üçün nə arzulayırsınız?” sualına cavab olaraq Parlamentin rəsmi mətbuat orqanına video müsahibə verib. 

Onu da qeyd edək ki, müxtəlif ölkələrdən olan minlərlə gənclə bir araya gəlib interaktiv müzakirələr aparmaq, ideyaları bölüşmək, tanınmış ekspertlər, aktivistlər və Avropa institutlarından dəvət edilmiş məşhur spikerlərlə fikir mübadiləsi aparmaq üçün ən böyük gənclər platforması hesab edilir. 

Xəbər lenti