Logo

“Elm və həyat” jurnalının yeni sayı nəşr olunub

20.10.2021 17:14 332 baxış
IMG

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2021-ci ildə üçüncü sayı işıq üzü görüb.

Yeni sayda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Аморальная миссия разрушителя”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Nizami Gəncəvi və Renessans məsələsi”, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Unutmamalıyıq, unutdurmamalıyıq”, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “Elmin inkişafı bizi hara aparır? Tərəqqinin sonu varmı?”, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “I Şah Abbas Səfəvi (1571 – 1629): Siyasi portretin cizgiləri” sərlövhəli məqalələri yer alıb.

Bundan əlavə, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Soya qiymətli texniki, ərzaq və yem bitkisidir”, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev və Lənkəran Dövlət Universitetinin magistrantı Aydan Qurbanovanın “Azərbaycanda sitrus bitkilərinin yetişdirilməsinin tarixi aspektləri və onun inkişaf perspektivləri”, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin baş mütəxəssisi, “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimovun “Bölgədə Arxeologiya və etnoqrafiya muzeyi”, həmin şöbənin baş mütəxəssisi Nəzmin Cəfərovanın “Перспективы создания Дома-музея Джаббара Гаръягдыоглу в Шуше” sərlövhəli məqalələri, həmin şöbənin baş mütəxəssisi Qaliya Əliyevanın rusiyalı alim Sergey Arsenev və israilli professor Lev Eppelbaumla müsahibəsi və digər yazılar oxuculara təqdim olunur.

Xəbər lenti