Logo

AzTU-nun Vətən müharibəsi şəhidinin adına inşa edilən bulaq istifadəyə verilib

20.10.2021 18:58 330 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının məzunu, Vətən müharibəsi şəhidi, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşı olmuş Rəşad Mehdiyevin adına Xırdalan şəhərində inşa edilən bulağın açılışı olub.

Tehsil.biz xəbər verir ki, bulağın açılış mərasimində AzTU-nun nümayəndələri də iştirak edib.

Çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüb, göstərdiyi qəhrəmanlıqlar və keçdiyi döyüş yolu haqqında söhbət açıblar.

Qeyd edək ki, şəhid Rəşad Mehdiyev AzTU SABAH qruplarını fərqlənmə ilə bitirib. O, EHİM-də təcrübə keçib. 2019-cu il noyabrın 19-dan etibarən isə Mərkəzin Data laboratoriyası departamentinin Data mühəndisliyi şöbəsində mütəxəssis vəzifəsində çalışıb.

Ötən il sentyabrın 29-dan Vətən müharibəsinə qatılan Rəşad Mehdiyev oktyabrın 20-də “Ərgünəş” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbər lenti